Texnologiyanın uşaqlara ziyanları - Qarışıq Məqalələr

Geniş Kitabxana
Aparılan araşdırmalara görə, uşaq və yeniyetmələr texnologiyadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Sözsüz ki, texnologiyanın zərərləri ilə yanaşı faydaları da var. Məsələn, gündə maksimum 1 saata yaxın kompüterdən istifadə etmək uşaqların öyrənmə sürətini artırır. Onlar texnologiya sayəsində öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram və oyunlarda çətinlik dərəcəsini seçirlər. Türkiyəli psixoloq Duyqu Almaz bildirir ki, texnologiyanın dərs və ev tapşırıqları edən uşaqlara böyük faydası var.

Psixoloq internet sayəsində uşaqların məktəbin təqdim etdiyindən əlavə materiallar tapa bildiyini əlavə edir. Ancaq uzun müddət davam edən, məqsədindən yayınan internet və kompüter istifadəsinin zərərləri fiziki olaraq problemlər yaradır. Məsələn, duruş və skelet sistemi, görmə, az hərəkət və radiasiya riski kimi problemlər meydana gəlir: “Diqqətini bütünlüklə cizgi filminə yönəldən uşaq gündəlik həyat bacarıqlarından uzaqlaşaraq, həddindən artıq yemək yemə kimi problemlə qarşılaşır. Uşaq fiziki ehtiyaclarının sərhədinin fərqində olmur. Onların internetdə tanış olduğu dostları və qarşılaşdığı mühitlər qarşıdakı ictimai həyatına təsir edir. Nəticədə uşaq reallıqdan uzaqlaşaraq, virtual dostluqlara daha çox üz tuta bilər. Bu da uşaqda özünə güvən duyğusunun azalmasına yol açar. Eyni zamanda, cəmiyyətə qarşı mənfi duyğu və düşüncələr inkişaf edə bilər, ünsiyyət qurmaqda çətinlik çəkər”.
Cemi nefer oxuyub
Beyen(49) | Beyenme(27)
xml | xml2 | html | ror | wiki
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az