Ilk mobil telefonlar - Qarışıq Məqalələr
Geniş Kitabxana
Telefon (qədim yun. τῆλε «uzaq» və φωνή«səs») səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. 1876-cı ildə Boston Universitetinin professoru Aleksandr Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və martın 10-da ilk telefon danışığı baş tutdu. Bell iş otağından telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: “Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız”. İlk telefon stansiyası isə 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində qurulub. Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabrın 23-də “Nobel qardaşları cəmiyyəti”-nin təşəbbüsü ilə istismara verilib.

Telefonun ikinci dəfə “dünyaya gəlişi” XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi.

mucitMobil telefonun ilk portatib versiyasi 1973-cü ildə Motorolla mühəndisi Martin Cooper tərəfindən yaradılıb. Buna qədər küçə telefonlarından və gəzdiriləbilən telefon stansiyalarından başqa sürətli rabitə sisteminin olmaması həm gündəlik istifadə də, həm də fövqəladə hallarda əlaqəni çox çətin hala salırdı. Satış məqsədi ilə ilk mobil telefon – Motorolla “Dyna-Tac 8000X” 1983-cü il martın 6-da istehsal olunub. Çəkisi 794 qram olan telefon 3995 dollara satışa çıxarılmışdı.
Cemi nefer oxuyub
Beyen(40) | Beyenme(27)
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az