Ginnesin rekordlar kitabına düşən Azərbaycanlılar - Qarışıq Məqalələr
Bu kitabı bütün dünyada tanıyırlar – “Ginnesin Rekordlar Kitabı”nı. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunan rekordlar kitabı, hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.

”Ginnesin Rekordlar Kitabı”nı Azərbaycanın gündəminə bu yaxınlarda Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev gətirdi. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran Etibar Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.
Etibar Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
Fəxrəddin Vəliyev: Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.
Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib.
2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.
Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

Ələsgər Həsənzadə: Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza tmayıb.


Stanislav Şpanin. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, dünyanın ilk gənc professional rəssamı kimi rekordlar kitabına adını yazdırıb. Stanislav Şpanin gənc rəssam olaraq bir cox beynəlxalq mükafatların sahibdir. O, 2005-ci ildə Azərbaycanı tərk edərək ABŞ-a köçüb.
Cemi nefer oxuyub
Beyen(41) | Beyenme(37)
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az