Saçlara qulluq ev şəraitində - Qarışıq Məqalələr

Saçlara qulluq ev şəraitində - Qarışıq Məqalələr


Geniş Kitabxana
Saç baxımı biz qadınlar üçün çox əhəmiyyətlidir. Saçınızın hər zaman parlaq olmasını istəyirsinizsə, hər zaman saçlarınıza qulluq etməlisiniz. Bu zaman ağlınıza dərhal bahalı saça qulluq məhsulları və lüks gözəllik salonları gəlməsin. Evinizdə də öz saçlarınıza qulluq edə bilərsiniz. Tez uzanan, kəpəksiz, parlaq və özünüzü xoşbəxt hiss edəcəyiniz saçlar üçün təbii vasitələrdən istifadə edin.
Saçın tez uzanması, parlaması və daha güclü olması üçün maska:

1/2 çay qaşığı küncüt yağı

1/2 çay qaşığı şirin badam yağı

1/2 çay qaşığı gənəgərçək yağı

2 ampul E vitamini

Hamısını şüşə və ya farfor bir qabda qarışdırın. Alınan məhlulu ovuc içləri ilə saç diblərinə masaj edərək yedirin. Yüngül hərəkətlə saçlarınıza çəkməyə diqqət edin. Daha sonra ilıq və ya isti bir dəsmal ilə başınızı bağlayın. 1-2 saat gözlədikdən sonra şampunla bir dəfə yuyun. Əgər saçlarınız çox tökülürsə həftədə 2-3 dəfə, az tökülürsə bir dəfə tətbiq edə bilərsiniz
Cemi nefer oxuyub
Beyen(47) | Beyenme(43)
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@azwap.biz
©Azwap.biz Company 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az