Fərqli manikur nümunələri - Qarışıq Məqalələr
Dırnaqlar xanımlarda sağlıq və baxımın ən önəmli göstəricilərindən biridir. Qırılma, qopma, çatlama kimi hallarda dırnaqlar pis görünür. Dırnaq baxımı kənardan baxanda asan görünür, amma bu olduqca diqqət tələb edən işdir, adətən qidalanmaqla əlaqədardır. Hər bir qadın istəyər ki, əlləri, dırnaqları daha baxımlı və gözəl, eyni zamanda cazibədar görünsün. Bəzən xanımlar dırnaqlarını manikür etdirmək üçün gözəllik salonlarında saatlarla vaxt keçirirlər. Amma salona getmədən də özünüz evdə dırnaqlarınızın qeydinə qala bilərsiniz. Bu xəbərimdə sizlərə bir neçə manikur nümunələrini paylaşıram, buyurun baxın... Bu manikur ağ dərili xanımlarda daha gözəl görünəcək. Bir rəngdən istifadə olunub və boyada parlaqlıq var. Bu isə bir az qeyri-adi görünür. Pandalı dırnaqlar desək daha münasib olar.Bu manikür üçün üç rəng dırnaq boyası və ucu sivri bir əşya (ev şəraitində diş çöpündən istifadə edə bilərsiniz) lazım olacaq. rəngsiz boya quruduqdan sonra , qara və ağ rəngli dırnaq boyası ilə dırnaqlarınızın üzərində istədiyiniz naxışın formasını çəkə bilərsiniz. Bu manikür nümunəsi mürəkkəb görünür. Bu zaman sizə 4 rəng boya lazım olacaq. Bu, gündəlik deyil, özəl günlərdə daha münasib bir manikür nümunəsi ola bilər. Qırmızı rəng manikür seçimində hər zaman dəbdədir. Bu manikürdə sizin əlləriniz cazibədar və gözəl görünəcək, ev şəraitində də asanlıqla bu manikürü edə bilərsiniz. Bunun üçün salona getməyinizə ehtiyac yoxdur. Bu manikür ilk baxışdan çətin görünür, amma fantaziyası və əl qabiliyyəti olan xanımlar asanlıqla edə bilərlər. Fərqli bir manikür nümunəsi... Parlaq və şık görünür.. Fransız manikürü... Çox sadə bir manikürdür., ki rəngdən istifadə olunur və ev şəraitində asanlıqla istifadə edə bilərsiniz. Bu manikürdən toy etməyə hazırlaşan xanımlarımız da istifadə edə bilərlər. Sanki dırnağınızın üzərində qar dənəcikləri olacaq. Sadəcə mükəmməl görünür...
Cemi nefer oxuyub
Beyenen (41) | Beyenmeyen (34)
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az