Masaj texnikaları 1 - Qarışıq Məqalələr

Masaj texnikaları 1 - Qarışıq Məqalələr


Geniş Kitabxana
Masajın ən gözəl xüsusiyyəti asan olmasıdır. Bir neçə əsas hərəkətlətanış olduqdan sonratam bir bədən masajı etmək üçün hazırsınız deməkdir. Masajda istifadə edilən digər texnikaların bir çoxu, yalnız burada göstərilən hərəkətlərin növlərə ayrılmalarıdır. İlk olaraq kürək üzərində başlaya bilərsiniz. Sığallamalar Ritmik və axıcı sğallamalar bir masajın təməlidir və ən çox istifadə edəcəyiniz də bunlardır. Bu hərəkətləri yağ sürtmək və digər hərəkətləri bir-biri ilə əlaqələndirmək üçün istifadə edin. Masaj edərkən, bir sonrakı hərəkətin nə olacağı ağılınıza gəlmirsə, yalnız əllərinizi gəzdirməyə davam edin. Yalnız sürətini və təzyiqini dəyişdirərək müxtəliflik və maraqlılıq qazandıracağınız bu hərəkətlərlə tam bir bədən masajı edə bilərsiniz. Yavaş hərəkətlər sakitləşdirici, sərt hərəkətlər isə xəbərdarlıqçıdır. Sığallamalar qan dövranını nizamlayır, gərgin əzələləri boşaldır və sinirləri sakitləşdirir. Masajın ən fundamental sirri, bütün hərəkətlərin təsir edə bilməsi üçün tamamilə özünüzü boş saxlamanızdır Yayılan Sığallamalar 1. Bu sadə hərəkət, az qala bütün bölgələrdə istifadə edilə bilər. Başlayarkən əllərinizi yan-yana qoyun və yavaşca yuxarı doğru sürüşdürərkən barmaqlarınız irəliləsin. Ovuclarınız və əlinizin içi ilə nizamlı və sabit bir təzyiq tətbiq etmək üçün əllərinizin üzərinə əyilin. 2. Əllərinizi xaricə doğru yayaraq açın, təzyiqi azaldın və yanlardan aşağı doğru sürüşdürün. Əllərinizi bədənin formasına uyğunlaşdırın, beləcə hərəkət bütün bölgəni əhatə etsin. Əllərinizi hamar və yüngülcə gəzdirərkən dərinin sürüşməməysinə diqqət edin. 3.Yanlardan yuxarı doğru çəkərkən, əlləriniz zəifcə bədən qıvranmalarının formasını almalıdır. Kürək ya da qarında bu hərəkəti edərkən əllərinizi yuxarıya çəkərək beli yüngülcə qıvırıb sıxın. Bədənin digər qisimlərində bu dönüş hərəkətini daha yüngül edin. 4. Təkrar başlamaq üçün əllərinizi yüngülcə bir nöqtə ətrafında çevirin. Bunun uzunluğunu dəyişdirə bilərsiniz, amma bütün hərəkətlər axıcı və davamlı olmalıdır. Ümumi bir qayda olaraq, hərəkətimiz ürəyə doğru sərt, geriyə doğru sürüşərkən yüngül olmalıdır. Dairəvi Sığallamalar 1. Bu kəsilməz dairəvi hərəkət, xoş bir axış hissi verir. Hər iki əlinizi bir-birindən 15 sm uzaqlıqda bədənin bir tərəfinə qoyun, sonra geniş qövslərlə dairələr çəkərək gəzdirin. Əlinizi yuxarıya və xaricə tərəf sərt basın; aşağıya və içəriyə doğru yüngülcə sürüşdürün. 2. Bir əl dairəni tamamlayarkən qollarınızı çarpazlayın. Bir əl tam dairə çəkərkən, digəri yalnız yarım dairə çəksin. 3. Bir əli, qolunuzun üzərindən aşırın və digər əllə hərəkətə davam edin. Əlinizi yüngülcə yerləşdirin və təkrarlayın. Pişik Masajı 1. Bu sakitləşdirici və yuxuverici bir hərəkətdir. Aşağı doğru enərkən bir əl digərini izləməlidir. Demək olar ki, heç təzyiq tətbiq etməyin, əlləriniz yalnız gəzişsin. 2. İlk əlinizi qaldırın və təkrar başlamaq üzrə havadan geri gətirin. Dönüş və bütün hərəkətlər ritmik və axıcı olmalıdır. Baş barmaq Masajı Kiçik bölgələrdə yalnız baş barmağınızı işlədin. Bir baş barmağınızla yuxarıya və xaricə doğru basın. Digəri onu izlərkən, bir az daha üstdə və xaricə doğru olsun. Yoğurmalar Bu hərəkət eynilə xəmir yoğurmağa bənzəyir; çiyinlər, omba və yan hissələr kimi ətli bölgələr üçün uyğundur. Gərgin əzələləri yumşaldıb boşaldır; beləcə bölgəyə təzə qan və qida çatdıraraq qan dövranını nizamlayır, əmilməyən maddələrin atılımına kömək edir. Yoğurmanın dərinliyi və sürətindən asılı olaraq, müxtəlif əlavələr edə bilərsiniz: Yavaş və dərin ya da sürətli və xəbərdarlıqçı. Yüngül yoğurma, dərini və üst əzələ təbəqəsinə, sərt yoğurma isə daha dərindəki əzələlərə təsir edir. Əllərinizin ətrafa sürüşmədən sərbəstcə hərəkət edə bilməsi üçün uyğun miqdarlarda yağ istifadə etməlisiniz. Əsas Yoğurmalar 1. Barmaqlarınız çölə doğru baxsın, dirsəklərinizi yanlara doğru açın və əllərinizi düz olaraq yerləşdirin. Bir əlinizin ovucuyla basın, sonra dərini barmaqlarınız və baş barmağınız arasında qıvırıb digər əlinizə doğru itələyin. 2. Dərini sərbəst buraxıb digər əlinizlə qıvırın. Ritmik olaraq bir əliniz sıxarkən, digəri sərbəst buraxacaq şəkildə əllərinizi növbəli olaraq istifadə edin və sıxıb buraxın. Burmalar Daha dərin və xəbərdarlıq edici bir hərəkət üçün əsas yoğurmaya bu hərəkəti də əlavə edin. Bir dəsmalı burub sıxdığınızı düşünün: Bir əlinizlə yuxarıya və digər əlinizə doğru çəkərkən, digər əlinizin baş barmağıyla dərin bir şəkildə basın.
Cemi nefer oxuyub
Beyen(71) | Beyenme(66)
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@azwap.biz
©Azwap.biz Company 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az