Bakteriyalar - Qarışıq Məqalələr

Geniş Kitabxana
Yunanca "kiçik çubuq" mənasını verən bakteriya (bacterium) sözü 19-cuəsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu2-10, eni isə1-2 mikronolur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından mikroskoplagörməkasan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər. Bakteriyalar yayılmaq üçünkifayət qədər qida və mühit tapa bilirlər.Hava ilə ətrafa yayılan bakteriyalarəlverişli mühit tapdıqları zamantəkrar çoxalmağa başlayırlar. Bakteriya növlərinin çoxu zərərsizdir. Üstəlik insanlara bir çox şəkildə xidmətedirlər.Məsələn,bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək,yənihəyatın davam etməsi təmin etmək çətin ola bilərdi.Bakteriyalar olmadan ayran, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini də əldə etməyimiz mümkün ola bilməzdi.Bəziheyvanlar da bakteriyalardan həzm üçün faydalanırlar. Bu heyvanlarınmədələrindəolanbakteriyalar sellülozu parçalayaraq həzmə kömək edir.İnək və qoyun kimi heyvanlar üçün bakteriyalar həyati əhəmiyyət daşıyır. Bundan başqa,insanların da həzm sistemində bəzi faydalı bakteriyalar olur. Bu bakteriyalar K vitamininin meydana gəlməsini təmin edirlər. Azot, fosfor, karbon kimi elementlərin təbiətdəki çevrilməsinihəyata keçirirlər. Bakteriyaların bəzi mənfi təsirləri də vardır. Su çirklənməsininbirincisəbəbkarıbakteriyalardır. Kanalizasiya və sənaye tullantıları istifadə suyu qarışdıqları zaman bakteriyalar su içində çoxalmağa başlayırlar.Bəzi bakteriyalar isə qidalardasürətlə çoxalırlar. Bu bakteriyalar ağır qida zəhərlənməsinə yol aça bilər, hətta sonu ölümə qədər gedən ciddi bir problem yaradabilərlər. Bakteriyaların nə üçün xəstəliklərə gətirib çıxardığı hələ də tam olaraq bilinmir. Eyni zamanda bəzi xəstəlik növlərinə səbəb olan bakteriyaların ifraz etdiyi toksinlərin olduğu məlumdur. Toksin ifraz edən bu bakteriyalarüst tənəffüs yoluna yerləşərək toxumalarıdağıdıbdifteriya xəstəliyinə səbəb olur. Bakteriyalardan qorunmanın yolları: Ət bakteriya törəməsinə ən uyğun qidalardan biridir. Ətləri böyük parçalar halında saxlamaq bakteriyaların törəməsinə səbəb olur. Ətləri saxlamadan əvvəl kiçik parçalara ayırdıqdan sonra təmiz bir soyuducu poşetinə qoyaraq mütləq dərin dondurucuda ya da buzluğunda saxlanmalıdır. Ətin buzunu açmaq istədiyinizdə bu əməliyyatı əsla otaq istiliyində edilməməlidir. Soyuducunun alt bölməsini istifadə edərək ətin daha sağlam bir şəkildə buzdan açılmasını təmin etmək olar. Buzu açılan ət dərhal bişirilməlidir, qətiyyən təkrar dondurmamalıdır. Qidaları yaxşı bişirmək üçün istilik ən az 70 dərəcə olmalıdır. Və yemək yenidən isidilərkən istilik yenədə 70 dərəcə olmalıdır. Qida bişdikdən sonra dərhal yemək və otaq istiliyinə buraxmamaq lazımdır. Bişmiş qidalar otaq istiliyində uzun müddət qalsa, üzərində bakteriya və mikrobların artıma riski çoxalar. Bişmiş qidaların çiy qidalara təmasın qətiyyən olmaz. Hətta çiy bir qidanı kəsərkən istifadə bıçağı belə bişmiş bir yeməyə təmas etdirməkdədir qətiliklə uzaq olmalıdır. Əllərinizi tez-tez su və sabunla yuyun. Xüsusilə yemək bişirmədən əvvəl isti suyla yumaq faydalı olacaq. Əlinizdə kəsik ya da infeksiya varsa, yemək hazırlamadan əvvəl mütləq üstünü bağlayın. Mətbəxdə istifadə vəsaitləri və mətbəx səthinin təmizliyi də ən az əllərinizin təmizliyi qədər əhəmiyyətlidir. Yemək hazırlayarkən mütləq təmiz su istifadə edin. Qidalar hazırlanarkən istifadə edilən su ən az qidaların özü qədər əhəmiyyətlidir. Hər zaman sağlam olun!
Cemi nefer oxuyub
Beyen(57) | Beyenme(57)
xml | xml2 | html | ror | wiki
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe

MobTop.az